Myanmadan qaçan müsəlmanlar ölümdən qaça bilmədi – Qayıqda ölüm

Banqladeş sahillərində Rohinca müsəlmanlarını daşıyan qayıq batıb.

Astarainfo.az Trend-ə istinadən məlumat verir ki, Banqladeş sahil-mühafizə xidmətinin əməkdaşları azı 20 meyiti sudan çıxarıb.

Qayıqdakıların böyük əksəriyyəti qadın və uşaqlar olub.

Rohinca müsəlmanları Myanmada davam edən münaqişə ilə əlaqədar Banqladeşə qaçmağa çalışır.