Sentyabrın 7-də müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə başlayacaq

Sentyabrın 7-də Azərbaycanda müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə başlayacaq.

Astarainfo.az APA-ya istinadən xəbər verir ki, bu il əlavə yerləşdirmə mərhələsində 4 mindən çox vakansiya elan olunacaq. Bu mərhələdə namizədlərin seçimi 2 gün – sentyabrın 7-8-də həyata keçiriləcək. Sonrakı günlərdə nəticələr elan ediləcək.