Sinqapur yeni prezidentini seçməyə hazırlaşır.

Astarainfo.az”Ölkə.Az”-a istinadən xəbər verir ki, seçkilər 23 sentyabr tarixinə təyin edilib. Bu səbəbdən prezident Toni Tan seçkilərdən əvvəl səlahiyyətlərini təhvil verib.

Qalibin inauqurasiya mərasiminə qədər prezident səlahiyyətlərini Tanın müşavirlər komitəsinin sədri Cozef Yuvaray Pilley icra edəcək.

Məlumata əsasən Tan seçki kampaniyasına diqqətini ayırmaq üçün səlahiyyətlərindən kənarlaşdırılıb.

Tan Sinqapurun malay cəmiyyətinindən çıxmadır. Bu cəmiyyətin 520 min üzvü var. Şəhərdə ən çox çinlilər yaşayır. Onların sayı 2.9 milyondur. Hindlilərin sayı isə 350 min nəfərdir.