Sentyabrın 1-də “YARAT” Müasir İncəsənət Mərkəzinin studiyasında braziliyalı kurator Şeyla Zaqonun rəhbərliyi altında “Qadın problemləri: sərhədsiz müharibələr” adlı seminar keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bir həftə davam edəcək seminarlarda yerli rəssamlar tərəfindən qadınların problemləri və digər bu kimi mövzular müzakirə ediləcək.

Layihə dünyanın hər yerində rəssamları təbliğ edən və yerli tərəfdaşlarla təhsil proqramlarını inkişaf etdirən kollektiv səyyar müasir incəsənət layihəsi CONEXUS-un bir hissəsidir.