Ağdamın “Qarabağ” komandası bu mövsüm üçün transfer çalışmalarını yekunlaşdırmaq üzrədir. Komandamız millimizin futbolçusu Ramil Şeydayevi heyətinə qatıb.

“Ölkə.Az”-ın məlumatına görə, müqavilə ilə Türkiyənin “Trabzonspor” klubuna məxsus olan hücumçu 2017/18-ci illər mövsümünü icarə əsasında “Qarabağ”da keçirəcək.

Xatırladaq ki, 21 yaşlı hücumçu “Zenit” klubunun yetirməsi olub və peşəkar karyerasına bu klubda başlayıb. Ötən yay “Trabzonspor”a transfer olunan R.Şeydayev qışda icarə əsasında Slovakiyanın “Jilina” klubuna keçib.

Onu da bildirək ki, R.Şeydayev 2015-ci ildə 19 yaşlılar arasında keçirilən Avropa çempionatının 12 qolla bombardiri olub.