“Qol vurmağımız sevindirici haldır” – San Marinonun baş məşqçisi

San Marino millisinin baş məşqçisi  Pyer Anjeli Manzaroli  Pyer Anjeli Manzaroli  DÇ-2018-in seçmə mərhələsində yığmamıza 1:5 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı keçirib.

 

– Qol vurmağımız bizim üçün sevindirici haldır. Komandamız yenilənib. Hamısı gənc futbolçulardır. Çalışırıq bu heyətlə uğur qazana bilək.

– Adətən kiçik ölkələr başqa ölkələrdən olan futbolçuları milliləşdirirlər. Sizin bu taktikadan istifadə etmək fikriniz yoxdur?

– Xeyr, çünki San Marinoda qaydalar çox sərtdir. Ona görə də legioner futbolçuları milliləşdirə bilmirik. Çalışırıq ki, yerli futbolçularla ölkəmizi layiqincə təmsil edək.

– İlk oyunla bu matçı müqayisə etsəz, Azərbaycan millisi haqda nə deyə bilərsiniz?

– Dünən qeyd etdiyim kimi, Azərbaycan futbol ənənəsi olan ölkədir. “Qarabağ” ÇL-in qrup mərhələsinə düşməklə bunu sübut etdi.