Dünya əhalisinin əksəriyyəti göz zəifliyindən əziyyət çəkir. Həkimlər bu mövzuda yeni texnologiyaları günahlandırmaqda heç də haqsız deyillər əslində.
Astarainfo.az Milli.Az-a istinadən bildirir ki, göz həkimləri kompüterdən istifadəni göz xəstəliklərinin birinci səbəbi kimi göstərir. Gözlərdə quruluq, yanma, qızarma və baş ağrısı kimi simptomlar xəstəliyin əlamətlərindən sayılır.
Bəs bu təsirləri necə minimuma endirmək olar?
Ara vermək. Həkimlərin ilk məsləhəti gözlərə istirahətin verilməsi ilə bağlıdır. Ekran qarşısında oturduğunuz hər saatın əvvəlində gözlərinizi bağlayaraq 2-3 dəqiqəlik fasilə verin. Hətta pəncərədən baxmaq belə gözün normal işləmə mexanizminə qayıtmasını təmin edir.
Ekranın yer. Ekranın yeri və qoyulma forması da gözləriniz üçün çox vacibdir. Çalışın ki, ekran dik formada, yəni sizə paralel olsun.
Filtr şüşələr. Monitorlar üçün filtr şüşələr gözlərə zərər verən ultrabənövşəyi şüaların qarşısını alır. Bu məhsullardan istifadə çox faydalıdır.
Göz damcıları. Linza taxırsınızsa, gözləriniz daha tez quruyacaq. Bunun qarşısını isə göz damcıları ilə almaq olar. Həkiminizlə məsləhətləşərək ala bilərsiniz.
Vitaminlər. A, B2, E və C vitaminləri, kalsium gözlərin sağlamlığı üçün çox vacibdir. Bundan başqa, kök, pendir, balıq və dənəli meyvələr də gözə çox xeyirlidir. Xüsusilə payız və qış aylarında təzə sıxılmış meyvə, tərəvəz şirələrinə üstünlük verin.