Ermitaj tüstüləndi

Xilasedicilər Sankt-Peterburqda Ermitaj muzeyində baş vermiş tüstülənmənin dərhal qarşısnı ala biliblər. Trend-in məlumatına görə, bu barədə Fövqəladə Hallar Xidməti Baş İdarəsindən xəbər verilib.

Məlumata görə, tüstülənmə Ermitajın zirzəmisində qeydə alınıb. Tüstülənmə 7 kvadrat metr ərazini əhatə edib, tüstülənmənin hansı səbəbdən baş verməsi isə hələ məlum deyil.

Ermitajın mətbuat xidmətinin nümayəndəsi isə bildirib ki, tüstülənmə teleqraf hissəsində baş verib. Onun sözlərinə görə, insident muzeyin fəaliyyətinə xələl gətirməyib.