Floridada qasırğa nəticəsində elektrik enerjisiz qalan insanların sayı 3 milyonu keçib

ABŞ-ın Florida ştatında “İrma” qasırğası nəticəsində elektrik enerjisiz qalanların sayı 3 milyonu keçib.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, “Florida Power & Light” şirkətinin rəhbəri Erik Siloci bildirib ki, “İrma” qasırğası nəticəsində Floridanın 9 milyon sakini elektrik enerjisiz qalacaq.

Qeyd edək ki, hazırda “İrma”nın episentrində küləyin sürəti saniyədə 49,2 metrə qədər azalıb və episentr hazərda Fort-Mayers şəhərindən 25 kilometr şimal-şərqdə yerləşir.