Səhər saatlarında Sumqayıtda yanğın faktı qeydə alınıb. Trend-ə FHN-dən verilən məlumata görə, şəhərdə ümumi sahəsi 200 m2olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 1 otağının yanar konstruksiyaları 20 m2 sahədə yanıb, yüksək temperaturdan 1 ədəd kondisioner əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 09:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.