İtaliyada 3 nəfər vulkan kraterində ölüb

İtaliyanın cənubunda 3 nəfər vulkan kraterində düşərək ölüb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, ölənlər Turin şəhərindən olan bir ailənin 3 üzvüdür.

Məlumata görə, valideynlər qadağan edilmiş əraziyə düşən 11 yaşlı oğlunu xilas etmək istəyərkən həyatlarını itiriblər.