“ Sağlamlığın keşikşisi”

Astarainfo.az məlumat verir ki,  Astara rayon Mədəniyyət Mərkəzi və Sım kənd folklor evinin təşkilatçılığı ilə Sım kənd folklor evində kənd ağsaqqalı,  qocaman  tibb işçisi Talıb Salayevin anadan olmasının 70 illiyi ilə əlaqədar yubiley tədbiri keçirilmişdir.

Tədbiri   giriş sözü ilə açan yubilyarın nəvəsi,  Lənkəran  tibb kollecinin tələbəsi Rahilə Abbasova yubilyar haqqında məlumat vermişdir.

Tədbirdə Pəlikəş bələdiyyəsinin sədri Xaqani Xalıqov, Sım kənd orta məktəbin müəllimi Zahirəddin  Məmmədov, kənd ağsaqqalı İslam Fətullayev, Sım kənd orta məktəbin direktoru Nəbi Xalıqov, ruhani Alim Əliyev, yubilyarın nəvəsi Lənkəran Dövlət Universitetinin tələbəsi Qəzənfər Abbasov, şairə Aliyə Xalıqova çıxış edərək Talıb Salayevin bir tibb işçisi kimi uzun illər kənd əhalisinin qayğısına qalması barədə danışmış, ziyalı xeyriyyəçi bir insan kimi ona can sağlıqı arzulamışlar. Tədbirdə Pəlikəş xəstəxanasının həkimi Şahin Zülfüqarov rayon səhiyyə şöbəsinin Fəxri Fərmanını təqdim etmişdir.

Tədbirdə rayon Mədəniyyət Mərkəzi Cəlal Mədətzadənin rəhbərliyi ilə ” Sevinc” mahnı və rəqs ansamblı, Fəxrəddin Məmmədov, EmiL Tağıyev, Rauf Ağayev və Sım kənd folklor evinin “Şindan” Aşıqlar qrupunun rəhbər  Aşıq Elxan Şindanlı maraqlı konsert proqramı ilə çıxış edərək tədbirə xoş əhval qatmışlar.