“Gələcəkdə baş verə biləcək terror hadisələrindən qorunmaq üçün internet kəsilməlidir”.
APA-nın xəbərinə görə, bunu ABŞ dövlət başçısı Donald Tramp şəxsi “Twitter” səhifəsində yazıb.
D.Tramp internetin terrorçuların əlində əsas alət olduğunu qeyd edib.
O bildirib ki, internet terrorçuların əsas məlumat bazası olduğuna görə, internet ya kəsilməli, ya da ondan daha səmərəli istifadə edilməlidir.
Bu gün London metrosunda törədilən partlayışa da münasibət bildirən dövlət başçısı bildirib ki, terrorçular xəstə adamlardır.
Qeyd edək ki, bu gün London metrosunda ən az 20 nəfərin yanıq xəsarəti alması ilə nəticələnən partlayış olub.