Londonda bir neçə nəfər havaya yayılmış kimyəvi maddədən zəhərlənib

Böyük Britaniyanın paytaxtı Londonun cənubunda bir neçə nəfər havaya yayılmış kimyəvi maddədən zəhərlənib.

Tnred-in “TASS”a istinadən verdiyi məlumata görə, zəhərlənələr xəstəxanaya yerləşdirilib. Hadisə yerində hazırda fövqəladə xidmət əməkdaşları araşdırma aparırlar.

Məlumata əsasən, polislər hadisə rayonda hərəkəti dayandırıblar. Yaxınlıqdakı evlərin evakuasiyası mümkündür.

Polislər kimyəvi maddənin havaya yayılmasının terrorla mümkün əlaqəsini araşdırırla