Pakistanda partlayış olub: 5 ölü

Pakistanın şimal-qərbində Navaqay yaşayış sahəsində yol kənarında məsafədən idarə olunan bomba partladılıb.

Trend-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində azı 5 nəfər həlak olub.

Məlumata əsasən, təhlükəsizlik xidməti əməkdaşları ərazini mühasirəyə alıblar və terrorçuların axtarışına başlayıblar. Hələlik heç bir qruplaşma partlayışa görə məsuliyyəti üzərinə götürməyib.