İlk dəfə Avropa çempionu olan Azərbaycanın cüdo yığması Vətənə qayıdıb

Sloveniyanın Maribor şəhərində gənclər arasında cüdo üzrə Avropa birinciliyinin ilk dəfə qalibi olan Azərbaycan komandası Vətənə qayıdıb.

“Report” xəbər verir ki, yığma üzvlərini Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idmançıların yaxınları, media və ictimaiyyət nümayəndələri qarşılayıblar.

Azərbaycan cüdoçuları qitə birinciliyində 3 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olublar.

Kişilərdən ibarət yığmamız isə komanda yarışlarında bütün rəqiblərinə qalib gələrək tarixində ilk dəfə Avropa çempionu adına layiq görülüb.