Biləsuvarda 50 baş iribuynuzlu heyvan yanğından xilas olunub

Biləsuvarda yanğın qeydə alınıb.

Biləsuvar rayonunda ümumi sahəsi 570 m2 olan tövlənin çardağının yanar konstruksiyaları 180 m2 sahədə və çardağına yığılmış 6 ton ot bağlamasının 3,5 tonu yanıb.

Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı 50 ədəd iribuynuzlu heyvan yanğınsöndürənlər tərəfindən xilas olunub.

Yanğın saat 01:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.