Mən hazırda xəstəxanadayam. Artıq uzun müddətdir ki, müalicə olunuram. İndi özümü normal hiss edirəm. Amma müalicə davam etməlidir. Dəqiq diaqnoz hələ qoyulmayıb. Görək, müalicənin nəticəsi necə olacaq.
Bu sözləri Teleqraf.com-a açıqlaması zamanı xalq artisti Fuad Poladov deyib. O, hazırda Onkologiya Mərkəzində yatdığını açıqlayıb:
“Mənə çox danışmaq olmaz. Həkimlər icazə vermir. Yanıma gəlməyə də icazə yoxdur. Eşitdiyiniz kimi, səsim də güclə çıxır. Maraqlandığınız üçün təşəkkürümü bildirirəm”.