Balakəndə zəlzələ olub

Balakən rayonunda zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, yeraltı təkan bu gün saat 13.06-da Zaqataladan 12 km qərbdə Balakən rayonu ərazisində qeydə alınıb.

Maqnitudası 3.8 olan, 5 km dərinlikdə baş verən zəlzələ episentrdə 4, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.