Azərbaycan Tibb Universitetində tibbi etika və həkimlərin hüquqları mövzusunda seminar keçirilib

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında tibbin ən aktual məsələlərindən olan “Tibbi etika. Deontologiya. Tibb işçilərinin subordinasiya qaydaları” və “Həkimlərin hüquqları” mövzularında seminar keçirilib.

ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, seminarda universitetin psixiatriya kafedrasının əməkdaşı, psixiatr Ceyhun Məmmədzadə “Tibbi etika. Deontologiya. Tibb işçilərinin subordinasiya qaydaları” və hüquqşünas Ədalət Dəmirov “Həkimlərin hüquqları” mövzularında çıxışlar ediblər.

Sonra mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Seminarın sonunda iştirakçılar sertifikatlarla mükafatlandırılıb.