Bakıda sərnişin avtobusu piyadanı vurdu

Bakının mərkəzi küçəsində sərnişin avtobusu piyadanı vurub.
AzVision.az xəbər verir ki, hadisə paytaxtın “Beşmərtə” adlanan ərazisində baş verib.
Məlumata görə, 65 nömrəli sərnişin avtobusu qadağan olunmuş yerdən yolu keçmək istəyən 20-25 yaşlı oğlanı vurub. Hadisə nəticəsində ağır bədən xəsarətləri alan piyada xəstəxanaya yerləşdirilib.
Hazırda faktla bağlı araşdırma aparılır.