Beynəlxalq Muğam Mərkəzində fortepiano musiqisi gecəsi

Sentyabrın 23-də Beynəlxalq Muğam Mərkəzində fortepiano musiqisi gecəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim olunan konsert proqramında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının ikinci kurs tələbəsi, fortepiano ifaçısı Eldəniz Ələkbərzadə çıxış edib. O, F.Şopenin əsərlərini səsləndirib.

Ümumiyyətlə, gənc musiqiçinin repertuarına L.Betxoven, F.Şopen, R.Şuman, P.Çaykovski və digər bəstəkarların əsərləri daxildir.

E.Ələkbərzadənin çıxışı böyük maraqla qarşılanıb.