Dövlət Gömrük Komitəsi (DGK) Balakən Gömrük İdarəsinin “Mazımçay” gömrük postunun piyada xəttinə Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının üzərində qanunvericiliyin tələblərinə uyğun olaraq yoxlama aparılıb.
Bu barədə “Report”a DGK-dan məlumat verilib.
Məlumata görə, yoxlama zamanı həmin şəxsin əynindəki şalvarın arxa cibindən bitki yarpağına bükülü vəziyyətdə, qablaşdırılması ilə birlikdə çəkisi, təqribən, 0.3 qram olan narkotik vasitə – marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.