İmişlidə pambıq tayasına od düşdü

Sentyabrın 23-də İmişli rayonu, Çahar kəndində ümumi çəkisi 600 kq olan pambığın 250 kiloqramı yanıb.

Astarainfo.az Modern.az-a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, pambığın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.