Türkiyə komandası Rusiya ilə oyunda hesabı bərabərləşdirməyə nail olub. İkinci setdə daha inamlı təsir bağışlayan Türkiyə voleybolçuları rəqiblərinə 25:20 hesabı ilə qalib gəliblər. 22:08 Rusiya komandası Türkiyə ilə qarşılaşmada 1:0 (25:23) hesabı ilə önə çıxıb. Xatırladaq ki, bu qrupda Rusiya və Türkiyə ilə yanaşı, Bolqarıstan və Ukrayna komandaları yer alır. 21:48 Qadınlar arasında voleybol üzrə Avropa çempionatının ikinci gününün son oyunu “C” qrupunda yer alan Türkiyə və Rusiya komandaları arasında keçirilir. AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən görüşdən əvvəl Türkiyənin və Rusiyanın dövlət himnləri səsləndirilib. Xatırladaq ki, günün ilk qarşılaşmasında Bolqarıstan voleybolçuları 3:2 hesabı ilə Ukrayna yığmasına qalib gəlib. Növbəti oyunda isə Polşa komandası Macarıstan voleybolçularını 3:1 hesabı ilə məğlub edib.

Türkiyə komandası Rusiya ilə oyunda hesabı bərabərləşdirməyə nail olub.

İkinci setdə daha inamlı təsir bağışlayan Türkiyə voleybolçuları rəqiblərinə 25:20 hesabı ilə qalib gəliblər.

22:08

Rusiya komandası Türkiyə ilə qarşılaşmada 1:0 (25:23) hesabı ilə önə çıxıb.

Xatırladaq ki, bu qrupda Rusiya və Türkiyə ilə yanaşı, Bolqarıstan və Ukrayna komandaları yer alır.

21:48

Qadınlar arasında voleybol üzrə Avropa çempionatının ikinci gününün son oyunu “C” qrupunda yer alan Türkiyə və Rusiya komandaları arasında keçirilir.

AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən görüşdən əvvəl Türkiyənin və Rusiyanın dövlət himnləri səsləndirilib.

Xatırladaq ki, günün ilk qarşılaşmasında Bolqarıstan voleybolçuları 3:2 hesabı ilə Ukrayna yığmasına qalib gəlib. Növbəti oyunda isə Polşa komandası Macarıstan voleybolçularını 3:1 hesabı ilə məğlub edib.