FHN BP-nin ofisi yerləşən binada baş verən yanğınla bağlı məlumat yayıb – YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi BP-nin ofisi yerləşən binada baş verən yanğınla bağlı məlumat yayıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Bakının Səbail rayonunda 16 mərtəbəli inzibati binanın birinci mərtəbəsində yerləşən otaqda kompüter avadanlığı yanıb. Otaq və digər avadanlıqlar yanğından mühafizə olunub.

Yanğın saat 13:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.