ABŞ Şimali Koreyaya qarşı sanksiyaları genişləndirib

ABŞ-ın Prezident Administrasiyası çərşənbə axşamı Şimali Koreyanın 8 bankının adnı sanksiya siyahısına daxil edib.

“Report” CNN-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bildirib.

Administrasiya həmçinin Şimali Koreyanın maliyyə şəbəkəsi ilə əlaqəli olan 20-dən çox insana qarşı sanksiya tətbiq edib.