Bu il Samux rayonunda 3 min 618 hektar sahədə günəbaxan əkilib. Bu, ötən illə müqayisədə 1903 hektar çoxdur.
Astarainfo.az AZƏRTAC-a istinadən bildirilib ki, rayon üzrə istehsal olunan günəbaxanın 95 faizi ailə-kəndli təsərrüfatlarında becərilib. Bu işdən əldə edilən mənfəət həmin təsərrüfat sahiblərinin yeni istixanalar qurmasına da şərait yaradıb.
Bu vaxta qədər sahələrdən ümumilikdə 7 min 150 ton məhsul yığılıb. Rayonda günəbaxan əkini sahələrində 3 min 268 nəfər isə mövsümü işlə təmin edilib.