Prezident İlham Əliyev dünya şöhrətli alim Lütfi Zadə ilə vida mərasimində iştirak edib (FOTO) (YENİLƏNİB)

Sentyabrın 29-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) binasında dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə ilə vida mərasimi keçirilir.

Azərbaycan Prezidenti İlham Əliyev vida mərasimində iştirak edib.

Elm və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri mərasimdə alimin həyat və fəaliyyəti haqqında videoçarx nümayiş olunub.