İldən-ilə pisləşən ekoloji vəziyyət ona gətirib çıxara bilər ki, tezliklə planetimizi “yaşıl” adlandırmaqdan imtina edə bilərik. Torpağın çirkləndirilməsi bu sahədə vəziyyəti daha da çətinləşdirir.
Bunu nəzərə alan Rusiyanın Sibir Federal Universitetinin alimləri Krasnoyarskda torpağın rekultivasiyası (bərpası) üçün süni torpaq ixtira ediblər.
AZƏRTAC Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun saytına istinadla xəbər verir ki, zahiri görünüşə görə süni torpaq yüngül xalçanı xatırladır və onu praktik olaraq istənilən yerdə sərmək mümkündür. Süni torpağa biomat adı verilib. O, uzun müddət möhkəmliyi saxlamağa icazə verən, xüsusi tərkiblə hopdurulan təbii lifə əsaslanır. Həmin əsasa bioloji aktiv əlavələri və təbii mənşəyin əlaqələndirici maddələrini özündə saxlayan üzvi aşqarlar vurulur. Ehtiyac yarananda biomatın tərkibinə süni torpağın suyu saxlamaq qabiliyyətini artıran hidrogellər əlavə etmək olar.
Tədqiqatın müəlliflərindən olan Alyona Burnovanın sözlərinə görə, biomat dörd-beş il ərzində tamamilə parçalanır. Onun parçalanma məhsulları bitkilərin inkişafını təmin edərək torpaq peyininin bir hissəsinə çevrilir. Biomat texnogen-pozulmuş torpaqların rekultivasiya prosesini əhəmiyyətli dərəcədə sadələşdirməyə və sürətləndirməyə imkan verəcək, xüsusilə sərt iqlim şəraitinə malik şimal ərazilərində faydalı rol oynayacaq.