Dövlət rəsmiləri sabah yürüşə çıxır – Azneft dairəsində

Səhiyyə Nazirliyi sabah “Sağlam ürək, sağlam həyat!” şüarı altında veloyürüş keçirəcək.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, yürüş Ümumdünya Ürək Günü münasibətilə sağlam həyat tərzini, müxtəlif yaşda insanlar arasında həmrəylik ideyalarını təbliğ etmək məqsədi ilə təşkil ediləcək.

Yarışı Heydər Əliyev Mərkəzi, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdində Bakı Ürək Mərkəzi və Velosiped İdmanı Federasiyası təşkil edir.

Veloyürüşdə rəsmi dövlət nümayəndələri, ictimai xadimlər, sığorta təşkilatlarının nümayəndələri, Respublika Müalicəvi Diaqnostika Mərkəzində əməliyyat olunmuş və kardioreabilitasiyadan keçmiş şəxslər həkimləri ilə birgə iştirak edəcəklər.

Veloyürüşə 29 sentyabr saat 10:00-da Azneft dairəsində start veriləcək və Hökumət Evinin qarşısınd