Kanadada sərnişin təyyarəsi qəza enişi edib

Kanadada Fransanın Air France aviaşirkətinin sərnişin təyyarəsi mühərrikin imtina etməsi səbəbindən Qus-Bəy şəhərində qəza enişi edib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda CBC telekanalı xəbər verir.

Bildirilir ki, uçuş dünyada ən böyük sərnişin təyyarəsi olan A380 Airbus tərəfindən həyata keçirilirdi. O, Parisdən Los-Anceles şəhərinə uçurdu. Lakin hava gəmisi Atlantik okeanı üzərində olan zaman onun mühərriki sıradan çıxıb.