“Qarabağ”ın rəqibi məğlub oldu

Ağdamın “Qarabağ” klubunun Çempionlar Liqasının qrupdakı rəqibi “Çelsi” İngiltərə Premyer Liqasında “Mançester Siti”yə məğlub olub.

Report xəbər verir ki, Londonun “Stemford Bric” stadionunda keçirilən görüş 1:0 hesabı ilə qonaq komandanın xeyrinə başa çatıb.

Matçda yeganə qolu ikinci hissənin ortalarında Kevin De Bröyne vurub.

Bu qələbədən sonra “Mançester Siti” (19 xal) “Mançester Yunayted”ə çatıb və turnir cədvəlində onunla birinci yeri bölüşür. Aktivində 13 xalı olan “Çelsi” 4-cü mövqedədir.

İngiltərə Premyer Liqası. 7-ci tur

“Çelsi” – “Mançester Siti” – 0:1

Qol: 0:1 – Kevin De Bröyne – 67