“Yapraq dökümü”ndəki səhnəsi real oldu: Məşhur aktyor çarəsiz vəziyyətdə

Türkiyənin məşhur “Yaprak dökümü” serialında Alirza rolunu canlandıran Halil Ergün çarəsiz vəziyyətdə görüntülənib.

Səhhətində ciddi problemlər yarandığını deyən aktyor gəzməkdə çətinlik çəkir.

71 yaşlı aktyor artıq çəkidən əziyyət çəkdiyini etiraf edib:

“Çəkim artıq 100 kq olub. Artıq çəki səbəbilə gəzəndə əziyyət çəkirəm. Spirtli içki içməyə son qoymuşam. Yediyim qidalara da diqqət edirəm, çünki sağlam olmaq istəyirəm”.

Qeyd edək ki, aktyor adıçəkilən serialda canlandırdığı obrazda da gəzməkdə çətinlik çəkir və əlil arabasına möhtac qalır.

Publika.az

Zümrüd