Futbol üzrə İspaniya çempionatının 7-ci turunda “Barselona” ilə “Las-Palmas” arasında “Kamp Nou” stadionunda keçiriləcək matç boş tribunalar önündə oynanılacaq.
Astarainfo.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, qərar görüş zamanı mümkün qarşıdurmadan yayınmaq üçün qəbul olunub.
Hazırda Kataloniyada müstəqilliyə dair referendum keçirilir.