Kataloniyada baş vermiş toqquşmalarda 38 nəfər xəsarət alıb

Kataloniyada müstəqillik haqqında referendumun gedişində polis əməkdaşları ilə baş vermiş toqquşmalarda 38 nəfər xəsarət alıb.

“Report” xarici mətbuata istifadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

“Təcili xidmətlər ispan polisi ilə toqquşmalarda xəsarət almış 38 nəfərə yardım göstərib. Onların 35-nin xəsarəti yüngül, daha 3-nün xəsarəti isə orta ağırdır”, – deyə nazirliyin “Twitter”də dərc edilmiş xəbərində bildirilir.

Bildirilir ki, xəsarət alanlardan 9-u xəstəxanaya aparılıb. Onlarda zədələr, bağgicəllənmələr və təlaş var.

Qeyd edək ki, bu gün Kataloniyada müstəqilliklə bağlı referendum keçirilir.