Tovuz rayonunda 25 yaşlı qız dəm qazından zəhərlənib

Tovuz rayonunda 25 yaşlı qız dəm qazından zəhərlənib.

Astarainfo.az Trend-ə istinadən məlumat verir ki, hadisə rayonun Aşağı Öysüzlü kəndində baş verib. Kənd sakini, 1992-ci il təvəllüdlü Hüseynova Şöhrət Tofiq qızı yaşadığı evdə hamamda dəm qazından zəhərlənib.

Ş. Hüseynova təcili Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.