ABŞ-da hərbi təyyarə qəzaya uğrayıb – Heyət bütünlüklə həlak olub

ABŞ-ın Tennesi ştatının şərqində hərbi təyyarə qəzaya uğrayıb.

Astarainfo.az Trend-ə istinadən məlumatına görə, fövqəladə xidmət təyyarənin meşə ərazisinə düşdüyünü bildirib.

Məlumata görə, təyyarədə olanlardan heç kəs sağ qalmayıb. Qeyd olunur ki, qəzaya uğrayan Boeing T-45 Goshawk hərbi-təlim təyyarəsidir.

ABŞ hərbi hava qüvvələrinin bazasından verilən məlumata görə, həqiqətən bu tip təyyarə təlim uçuşundan geri qayıtmayıb.