1992-ci ildə Azərbaycanda 1 yaşadək körpələrin 25 faizi ana südü ilə qidalandığı halda, hazırda bu göstərici 50 faizə çatıb.
Astarainfo.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın baş pediatrı Nəsib Quliyev deyib.
O qeyd edib ki, bölgələrdə bu göstərici daha yüksəkdir.
N.Quliyev bildirib ki, oktyabrın 1-ci həftəsi ərzində ana südü ilə qidalanma həftəsi keçiriləcək. Məqsəd ana südünü təbliğ etməkdir: “Ötən əsrin sonlarında ana südü ilə qidalanma fəlakətli həddə çatdığından onun təbliğinə başlanıb. Bu gün istifadə olunan süni uşaq qidası yalnız həkim reseptləri əsasında verilməlidir”.