Rusiyada məktəblər təxliyə olunur – BOMBA var?

Səhər saatlarından başlayaraq Rusiyanın Nijni Novqorod şəhərində məktəblər və inzibati binalar təxliyə olunur.

Trend-in məlumatına görə, buna bomba qoyulması ilə bağlı anonim zənglər səbəb olub.

Son məlumata görə, zənglərdən sonra şəhərdə 11 məktəb təxliyə olunub.

HAzırda həmin binalar nəzarətə götürülüb və axtarış işləri aparılır.