Sakit okeanda Kamçatka sahillərində 4,6 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, bu haqda Rusiya FHN-nin yerli nümayəndəliyi xəbər verib.
Yeraltı təkanların episentri Ust-Kamçatsk rayonunun Krutoberegovo kəndindən 42 km cənub-şərqdə yerləşib.
İnsan tələfatı və dağıntılar barədə məlumat daxil olmayıb.
Sunami təhlükəsi elan edilməyib.