Paltarın qırışını ütüləmədən açan sadə üsul

Paltar ütüləmək həm qadınların, həm də kişilərin ortaq problemidir. Bəs paltarlarınızı, xüsusilə də köynək və şalvarları ütüləmədən qırışlarını necə azaltmaq olar?

Day.Az ailem.az-a istinadən sizə kömək edəcək bir üsul təqdim edir.

 Lazım olanlar:

2 stəkan su
1 çay qaşığı alma sirkəsi
Yarım çay qaşığı saç kremi

Hazırlanması:

Göstərilən vasitələrin hamısını sprey şüşəsinin içərisində qarışdırın. Sonra qırışan paltarlarınızın üzərinə spreyi sıxın. Bir neçə dəfə paltarı silkələyin. Bu qarışımı istifadə edərkən qırışların anında yox olmasına şahidlik edəcəksiniz.