Avstraliyanın Adelayda əyalətində yaşayan 3 yaşlı Bellanın valideynləri alpinist olduqları üçün uşağın da bu idman növünə xüsusi marağı var.
Publika.az Daily Mail-ə istinadən xəbər verir ki, balaca Bella kanat, kəndir və əlavə avadanlıqlardan istifadə etmədən 20 metr hündürlüyə 4 dəqiqəyə çıxır.
Bellanın anası Endi Torealba Meriba deyir ki, qızına hamilə olarkən alpinistlik edirdi:
“Bellaya hamilə olanda da dağa dırmanmışam. Yoldaşım mənim fanatım olub və o istəyirdi ki, övladımız da bizim kimi olsun. Deyəsən alpinizm eşqi qızımıza da keçib”.
Endi Adealida yaşadığı şəhərdə “Bouldering Club”da alpinizm və dağadırmanma üzrə təlimatçıdır.