İqtisadiyyat üzrə Nobel mükfatının 2017-ci il üzrə qalibi açıqlanıb.
Astarainfo.az“Report”un məlumatına görə, mükafat amerikalı alim Riçard Talerə verilib.
O, “Davranış iqtisadiyyatının əsasları” kitabının müəllifidir və bu sahədəki araşdırmalarına görə Nobel mükfatına layiq görülüb.
Qeyd edək ki, bu il Nobel Sülh Mükafatı Nüvə Silahlarının Ləğvi Beynəlxalq Kampaniyasına (ICAN) verilib.
Ədəbiyyat üzrə Nobel mükafatına yapon əsilli, britaniyalı yazıçı Kadzuo İsiquro layiq görülüb.
Jak Dyuboşe (İsveçrə), Yoahim Frank (ABŞ) və Riçard Hederson (Böyük Britaniya) yüksək molekulyar biomolekulların strukturunu təyin etmək üçün krioelektron mikroskopun hazırlanmasına görə Nobel mükafatı alacaq.
Tibb və fiziologiya sahəsində Nobel mükafatı Cefferi Holl, Maykl Rosbaş və Maykl Yanqa verilib. Onların üçü də ABŞ-da anadan olub və yerli universitetlərdə işləyir. Alimlər insan orqanizmində “molekulyar saat mexanizminin dövriyyəsi”ni kəşf ediblər.
ABŞ alimləri – Rayner Vays, Barri Bariş və Kip Torn fizika sahəsi üzrə Nobel mükafatına layiq layiq görülüblər. Bu alimlər kosmik mənşəli qravitasiya dalğasını müəyyən ediblər.
Mükafatların təqdimat mərasimi dekabrın 10-da İsveçin paytaxtı Stokholmda keçiriləcək. Cari il laureatlara 9 milyon İsveç kronu (1,12 milyon dollar) veriləcək. 2001-ci ildən Nobel fondu ilk dəfə laureatlara verəcəyi mükafatı 12,5 faiz artırıb. Əvvəllər qaliblərə 8 milyon kron, yaxud 931 min dollar pul mükafatı verilirdi.