Astaraçayın daşması nəticəsində həmin çayın ərtafında yerləşmiş Astara şəhərinin bir hissəsi, Suparıbağ, Rüdəkənar və Qapıçıməhəllə kəndləri və bir sərhəd zastavası su altında qalmışdır.
Astara RİH-nin Fövqəladə Hallar komissiyasının və FHN-nin yanğından mühafizə briqadasının səyləri nəticəsində 60 -dan çox ailə təxriyə olunmuş və subasan ərazilər xüsusi axarlar vasitəsilə daşmış çay suyundan azad olunmuşdur.
Astara bələdiyyəsinin sədri Aygül Məmmədovanın astarainfo.az-a verdiyi açıqlamasına görə, hazırda sel sularının vurduğu ziyan aradan qaldırılır. Vətəndaşlara dəymiş maddi ziyannın həcmi öyrənilir.
Astarainfo.az