“Azərbaycanda uşaqlarda göz xəstəliklərinin yaranmasının əsas səbəblərindən biri anaların tənbəllik sindromudur”.
Bunu APA-ya akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi-təşkilat şöbəsinin müdiri Yazgül Abdiyeva deyib.
Mütəxəssis bildirib ki, analar özlərinin rahatlığı üçün azyaşlılara kompüter, planşet verirlər, bu isə uşaqlarda göz patologiyalarının yaranmasına səbəb olur.
Y.Abdiyeva qeyd edib ki, 2 yaşına kimi uşaqların kompüter və planşetlərdən istifadəsi yolverilməzdir. Onun sözlərinə görə, 2 yaşdan yuxarı uşaqlar isə gün ərzində yarım saatdan artıq bu vasitələrdən istifadə etməməlidir: “Bu həm mərkəzi sinir sisteminə mənfi təsir göstərir, həm də görmə patologiyasının inkişafına, erkən yaş dövründə xəstəliklərin yaranmasına səbəb olur. Bəzi revmatik xəstəliklər var ki, uzun müddət kortikosteroid qəbul etdikdə qlaukoma inkişaf edə bilər. Bundan əlavə, şəkərli diabet və digər xəstəliklər insanın görmə qabiliyyətinin zəifləməsinə, hətta itirilməsinə gətirib çıxarır. Ona görə də hər kəs ildə bir dəfə, norma olaraq 6 aydan bir müayinədən keçməlidirlər”.
Y.Abdiyeva əlavə edib ki, ölkədə göz xəstəlikləri arasında ən çox reflaks patologiyası üstünlük təşkil edir. Onun sözlərinə görə, dünyada da reflaks patologiyası daha geniş yayılıb. Sonrakı yerlərdə katarakta, retinopatiyalar, lakoma və digər xəstəliklər dayanır: “Bunlar da görmə qabiliyyətinin zəifləməsinə səbəb olur. Qidalanma və həyat tərzi rejimlərinə düzgün riayət etdikdə xəstəliklərin qarşısını almaq mümkün olar”.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...