Artrit xəstəliyindən əziyyət çəkənlərin sayı artıb – Səhiyyə Nazirliyi

Dünyada 10 milyonlarla insanlar artritlərin bu və ya digər növləri ilə əziyyət çəkirlər.

 Səhiyyə Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, son 20 ildə xəstəliklərin sayı 2 dəfə çoxalıb. Artritlər müxtəlif yaş qrupunda insanlarda rast gəlinə bilər. Ancaq əksər hallarda yaşlı adamlarda daha çox rast gəlinir.
Qeyd edək ki, artrit oynaqda yaranan iltihabi prosesdir. Bu proses nəticəsində oynaq şişir, hərəkət məhdudluğu yaranır. Artritin əlamətləri şişkinlik, formanın dəyişməsi, ağrı, oynaq səthinin qızarması, hərəkət məhdudluğudur.
2016-cı ildə akademik M.Ə.Mirqasımov adına RKX-da 221 xəstə, 2017-ci ildə 9 ay ərzində 142 xəstə müxtəlif mənşəli artrit xəstəlikləri ilə stasionar müalicə alıblar.