Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycan xalqını 18 oktyabr – dövlət müstəqilliyi günü münasibətilə təbrik edib.
A24.Az xəbər verir ki, o, sosial şəbəkədəki hesabında Azərbaycan dilində paylaşdığı təbrik mesajında belə yazıb:
“Azərbaycan 18 oktyabr – Müstəqillik Gününü qeyd edir. Türk milləti adına azərbaycanlı qardaşlarımıza salamlarımı, sevgilərimi təqdim edirəm”.