Məruzəçi son illər apardığı könüllü tədqiqat işləri nəticəsində aşkara çıxardığı qədim yaşayış məskənləri, tarixi abidələr haqqında iclas iştirakçılarına məlumat verib.
C.Qasımov son iki ildə Tovuz rayonunda 6 kəndi əhatə edən 200 metrlik ərazidə səkkiz şəlalə aşkar etdiyini diqqətə çatdıraraq qeyd edib ki, onlardan ən hündürü 35-40 m, ən kiçiyi isə 10 metrdən tökülür.
Həvəskar tədqiqatçının sonuncu aşkar etdiyi və “Soltan” adlandırdığı şəlalə sıldırım qayalıqlarla əhatələnən dərin dərəyə töküldüyü üçün bura indiyə qədər insan ayağının dəymədiyi güman olunur. C.Qasımovun sözlərinə görə, o, buraya hündür dağların arası ilə 20 km. keçilməz yolları dəf etdikdən sonra çatıb.
Coğrafiyaçıların böyük marağına səbəb olan məlumatlar gələcək tədqiqatlar üçün mənbə rolunu oynayacaq.
Qərara alınıb ki, ərazini daha dərindən tədqiq etmək məqsədi ilə Coğrafiya İnstitutunun alimlərindən ibarət bir qrup qısa müddətdə Tovuz rayonuna ezam edilsin.