Azərbaycanda ilk dəfə hicab geyimlərindən ibarət kolleksiyanın təqdimatı olacaq

Azərbaycanda ilk dəfə hicab geyimlərindən ibarət kolleksiyanın təqdimatı keçiriləcək.

Astarainfo.az SalamNews -a istinadən xəbər verir ki, tədbir oktyabrın 28-də saat 19:00-da “Boulevard Hotel”də baş tutacaq. Yenicə fəaliyyətə başlamış  “By Osmanova” moda evinin təqdimatı ilə keçiriləcək tədbirdə gənc modelyer Aytən Osmanovanın hazırladığı kolleksiya nümayiş olunacaq.

Modellər xanımlıq və zərifliyin vəhdətindən yaranan 20 geyim nümunəsini qonaqlara təqdim edəcəklər.